Şabranda ər arvadını hərəkətdə olan avtomobildən yola atıb


12:57     08 Avqust 2021 21_08_08_1628413077.jpg

Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.

Hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini,1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.

Qadın xəstəxanada bildirib ki, yaranan mübahisə zəminində həyat yoldaşı tərəfindən hərəkətdə olan avtomobildən yola atılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1039