Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib


14:20     08 Avqust 2021 2021/08/a92672dd-6bf0-3791-828a-5b45de226ff1_1628421291.jpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

Femida.azxəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb.

“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1046