Rusiyada xəstəxananın oksigen stansiyasında qəza olub, 9 nəfər ölüb


11:57     10 Avqust 2021 21_08_10_1628579697.jpg

Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində təcili tibbi yardım xəstəxanasında oksigen stansiyasında baş verən qəza nəticəsində 9 nəfər ölüb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində ölənlər 47-85 yaş pasiyentlərdir.

Rusiyanın müxtəlif yerlərindən qəza baş verən xəstəxanaya oksigen balonları göndərilir.

Faktla bağlı cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 835