Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı


20:06     10 Avqust 2021 2021/08/61122e8326f0461122e8326f05162858150761122e8326f0161122e8326f02_1628611741.jpg

Gəncə sakinində silah aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Azər Həsənov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3659