Şəmkirdə yük avtomobili aşıb, xəsarət alanlar var


21:52     10 Avqust 2021 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

Şəmkir rayonunda idarəetmədən çıxan kiçik tutumlu yük avtomobili aşıb.

Femida.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Onlara hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən ambulator yardım göstərilib. Hər iki şəxs xəstəxanaya getməkdən imtina edib.

Qeyd edək ki, avtomobilin yük yerində alkoqolsuz içkilər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1035