Şəmkirdə pandemiya qaydalarını pozan SPA mərkəzi 4000 manat cərimələnib
11:14 11 Avqust 2021
Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalırna zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilər Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Obyekt sahibi Adil Mustafatev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib. SPA mərkəzində işləyən A. Ağamalıyeva, A. Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər-Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.
Oxunub: 854
Oxşar xəbərlər
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
- Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Şəmkirdə yol polisi reyd keçirib