Narkotik satışı ilə bağlı təqsirləndirilənlər azadlığa buraxılır? – DİN-dən CAVAB
19:35 11 Avqust 2021
Bəzi sosial şəbəkə səhifələrində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı qəsdən əsassız, faktsız və sübutsuz iddialar tirajlanır.
Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. E.Hacıyev deyib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, təqsirləndirilən şəxslərin azadlığa buraxılması halları ilə bağlı iddialar kökündən yalnış olmaqla, qərəzlidir. Polis tərəfindən cinayət qanunvericiliyi ilə müəyyən olunan, cəza təhdidi altında qadağan olunan ictimai təhlükəli əməllərə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunan heç bir şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqına xitam verilməyib.
Əgər hansısa polis orqanında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hansısa formada şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqdan yayındırılması ilə bağlı fakt, əsaslı iddia varsa, bu, Daxili İşlər Nazirliyinə təqdim oluna bilər. Anonimlik təmin olunacaqdır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri kompaniya xarakteri daşımır.
Femida.az
Oxunub: 415
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb