ABŞ-da 893 bina tamamilə yanıb


20:16     11 Avqust 2021 2021/08/6113856a214266113856a2142716286692906113856a214246113856a21425_1628698661.jpg

ABŞ-ın Kaliforniya ştatında “Diksi” meşə yanğını nəticəsində 954 yaşayış məntəqəsi məhv olub və zədələnib.


Femida.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ştatın yanğınsöndürmə xidməti məlumat yayıb.

Məlumata görə, 893 bina tamamilə yanıb, 61 binaya isə ciddi zərər dəyib.

Qeyd edək ki, iyul ayının əvvəllərindən başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.

Meteoroloqlar həftə ərzində yağış gözləmədiklərini, lakin yanğının sürətlə yayılmasına səbəb olan küləklərin azalacağını bildiriblər.

Açar sözlər:

Oxunub: 1081