Rusiyada helikopter düşdü, 8 nəfər itkindir


09:58     12 Avqust 2021 2021/08/helikopter656_1628741436.jpg

Rusiyanın Kamçatka diyarının ərazisində turistlərin olduğu helikopter düşüb.

Bu barədə Femida.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, helikopter Kuril gölünə düşüb. Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub - 13 turist və 3 ekipaj üzvü. Bölgənin Səhiyyə Nazirliyində neçə nəfərin öldüyü və sağ qaldığı barədə rəsmi məlumat yoxdur.

Fövqəladə xidmətlərdən isə “RİA Novosti”yə bildirilib ki, hadisədən sonra 7 nəfər xilas edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 366