Dövlət xəttilə verilən ipotekaların sayı 35 mini ötüb


10:39     12 Avqust 2021 2021/08/D0004BB0-53F6-4E37-858B-0A0B69DFBF8A_1628750631.jpeg

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 35 065 borcalana 1 879,836 milyon manat məbləğində ipoteka krediti verib.

Femida.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 232,518 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 935 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İpoteka və Kredit Zəmanət Fondu 017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Femida.az

Açar sözlər: #İpoteka    

Oxunub: 1095