Tovuzda meşəlik ərazidə yanğın olub


13:19     12 Avqust 2021 2021/08/29f8c46c-73ce-3979-bd16-6c64cb0641c0_850_1628760053.jpg

Tovuz rayonu, Yanıqlı kənd ərazisində olan meşəlik sahədə yanğın qeydə alınıb.

Femida.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsindən "Report"a verilən məlumata görə, meşə yaxınlığında təxmini 5 hektar sahədə quru ot və kol-kos yanıb. Ağaclıq olan sahəyə yanğın keçməyib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1034