Ərdoğan azərbaycanlı səfiri qəbul etdi


15:58     12 Avqust 2021 2021/08/11F5A262-BF30-4B34-8ECE-C7050CE0A6E3_1628769619.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın burada diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.

Femida.az xəbər verir ki, X.İbrahim bu barədə tviter səhifəsində paylaşım edib.

“Qardaş Türkiyədə Azərbaycanın səfiri işlədiyim dönəmdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan öncə də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Cənab Prezident!”, - deyə X.İbrahim qeyd edib.

Qeyd edək ki, X.İbrahim Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Femida.az

Açar sözlər: #Səfir    

Oxunub: 748