Gəncədə qardaş bacısını bıçaqlayıb


19:52     12 Avqust 2021 bicaq.jpg

Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin şəhərin sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 937