NATO Əfqanıstan hakimiyyəti ilə əlaqələrini davam etdirəcək


20:08     13 Avqust 2021 nato%20azvision.az.jpg

NATO Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Femida.az Rusiya KİV-ə istinadən məlumatına görə, bəyanatda deyilir ki, NATO Kabildə diplomatik mövcudluğunu saxlamağı planlaşdırır və Əfqanıstan hakimiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirəcək.

Sənəddə bildirilir ki, təşkilat Əfqanıstanda vəziyyəti yaxından izləyir: "Buna baxmayaraq, diplomatik korpus nümayəndələrinin təhlükəsizliyi ittifaq üçün vacibdir".

Bununla yanaşı, Alyans Əfqanıstanı ələ keçirəcəyi təqdirdə "Taliban" hakimiyyətini tanımaqdan imtina edəcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq bundan əvvəl demişdi ki, "Taliban" hakimiyyəti təhvil alacaqları təqdirdə beynəlxalq birlik tərəfindən tanınmayacağını anlamalıdır.

Açar sözlər:

Oxunub: 347