Satıcı mağazada yanaraq öldü - Zaqatalada FACİƏ


21:42     13 Avqust 2021 partlayis%20yangin9.jpg

Zaqatalada mağazada yanğın olub, satıcı yanaraq ölüb.

Hadisə bu gün axşam saat 19:30-da rayonun Mosul kəndi ərazisində fəaliyyət göstərən qarışıq mallar mağazasında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində iş aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 957