Ermənistan mövqelərimizi növbəti dəfə atəşə tutub


12:35     14 Avqust 2021 2021/08/DFB3B536-00CD-44D3-AA2C-CF34D8F74C35_1628929373.png

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Femida.az

Açar sözlər: #Müdafiə-Nazirliyi    

Oxunub: 1044