COVID-19 pasportu olmayan 80 nəfər toya buraxılmayıb


12:56     14 Avqust 2021 2021/08/9330CE9C-695B-4E76-A02C-7EF30DDEE0C5_1628930493.png

Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Femida.az

Açar sözlər: #COVIDpasport    

Oxunub: 453