Vakansiya seçimində 1599 namizəd uğur qazanıb


13:26     14 Avqust 2021 2021/08/3DA6FF3A-5963-4648-910A-1AA5AD8B8F68_1628934585.png

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində avqustun 10-13-də biologiya, musiqi, ingilis və rus dilləri fənləri üzrə vakansiya seçimi aparılıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Femida.az -a bildirilib ki, vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifəsində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub. Müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları miq.edu.az saytında yerləşdirilib.

Femida.az

Açar sözlər: #Müəllim    

Oxunub: 587