Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir


14:11     14 Avqust 2021

"Pakistan, Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlimlər ölkələr arasında üçtərəfli əməkdaşlığın bir hissəsidir".

Femida.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib. Üçtərəfli əməkdaşlıq çərçivəsində bir çox forum və tədbir keçirildiyini deyən səfir gələn ay Pakistan və Türkiyənin xüsusi təyinatlılarının birgə təlimlər keçirmək üçün Bakıya gələcəklərini qeyd edib:

"Üç qardaş ölkə arasında əlaqələr uzunmüddətlidir və bu əlaqələr daha da güclənir. Bu əməkdaşlığın əsas məqsədi regionda sülh və stabilliyi təbliğ etmək, ona töhfə verməkdir. Bu əməkdaşlığın arxasında birlik və sülhdən başqa niyyət yoxdur. Əsas məqsədimiz qlobal sülhə töhfə verməkdir", - səfir deyib.

Femida.az

Açar sözlər: #Pakistan   #Azərbaycan   #Türkiyə    

Oxunub: 1180