Kəlbəcərdə həlak olmuş zabit dəfn edilib


14:43     14 Avqust 2021 2021/08/fcff08a2-a24c-3fb7-a4d2-9fc26735d908_850_1628937887.jpg

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan leytenant Həsənli Eldar Müşfiq oğlu dəfn edilib.

Femida.az-ın məlumatına görə, hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1161