Gəncədə növbəti dezinfeksiya işləri aparılıb


16:43     14 Avqust 2021 2021/08/unnam-1628941444_1628945200.jpg

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam etdirilir.

Femida.az xəbər verir ki, şəhərdə tərtib edilmiş qrafikə uyğun olaraq növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xusisi dezinfeksiyaedici məhlulla yuyulublar.

Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə dezinfeksiya işləri görülüb. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 1044