Ağdam Azərbaycanın dördüncü ən böyük şəhəri olacaq


17:14     14 Avqust 2021 2021/08/agdam-1628945507_1628946939.jpg

Ağdamda genişmiqyaslı bərpa işləri başlayıb. Artıq bu bərpa işləri ilə bağlı Baş plan təsdiq olunub və cənab Prezident tərəfindən ictimaiyyətə təqdim edilib. Hazırda bu planın reallaşdırılması istiqamətində xüsusi yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində sistemli şəkildə işlər gedir.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, bütün bu işlərin nəticəsi olaraq həm Ağdamdan olan məcburi köçkünlər, həm də Ağdamın ölkənin 4-cü şəhəri olacağını nəzərə alsaq, burada yaşamaq istəyən digər Azərbaycan vətəndaşları tezliklə bu imkanı əldə edəcəklər:

"Bununla bağlı artıq müəyyən işlər gedir. Bu gün artıq elan olundu. Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək. Bu səfərlər həmin böyük qayıdışın ilkin hazırlıq mərhələsidir. İstəyirik ki, vətəndaşlarımız həm mənfur düşmənin doğma torpağımızı viran qoyduğu indiki vəziyyəti, həm də bərpa işləri ilə tanış olsunlar, buradakı məscidləri, tarixi məkanları ziyarət etsinlər. Artıq şəhərdə baza infrastrurkutu qurulduqdan, təhlükəsizlik tam təmin olunduqdan sonra bu proses də başlayacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1141