Ərdoğan təyyarə qəzasına görə Rusiyaya başsağlığı verib


17:20     15 Avqust 2021 2021/08/erdogan-aa-1636338_2_1629033707.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində Rusiyanın "Be-200ES" yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

"Dünən Kahramanmaraşda yanğının söndürülməsi zamanı yanğınsöndürən təyyarə qəzaya uğradı. Qəzada həyatını itirən Rusiya və Türkiyə vətəndaşlarının yaxınlarına başsağlığı verirəm",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Kahramanmaraş şəhərində Türkiyədə baş verən yanğınları söndürən zaman Rusiyanın "Be-200ES" amfibiya təyyarəsi qəzaya uğrayıb.Təyyarənin göyərtəsində beş rus hərbçisi və üç Türkiyə nümayəndəsinin olduğu qeyd edilir. Ekipaj üzvlərinin hamısı həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 556