Biləsuvarda körpəsini çaya atan qadının atası vəfat etdi


18:20     15 Avqust 2021 2021/08/gkj_1629034951.jpg

Ötən gün Biləsuvarda özü ilə birgə körpə oğlu Poladı da çaya atan Gülər İmanzadənin atası Kamal İmanov vəfat edib.

Femida.az xəbər verir ki, Poladın babası bu gün ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, K. İmanov uzun illər sakini olduğu Nəsimikənd kəndində icra nümayəndəsi olub.

Xatırladaq ki, ötən gün səhər saatlarında Biləsuvarda Gülər İmanzadə azyaşlı körpəsi Poladı və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib. Poladın 11 gün əvvəl bir yaşı tamam olmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 1190