Müdafiə Nazirliyindən Ermənistanın daha bir yalanına CAVAB


13:13     16 Avqust 2021 2018/01/Mudafie_Yeni5_7584823825.jpg

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumatda bildirilir ki, qeyd etdiyimiz kimi bu gün saat 9:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.

Açar sözlər:

Oxunub: 1223