Zəngilan Hava Limanının istifadəyə verilmə tarixi açıqlanıb


11:35     17 Avqust 2021 2021/08/d6eb1e7f-f3e4-33ba-a67c-bf09e954a2e6_850_1629190829.jpg

"Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum".

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxış edərkən söyləyib.

"Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq",- dövlət başçısı vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1026