Peyvənd olunanların sayı açıqlanıb


16:41     17 Avqust 2021 2021/08/1819d85a-0ee9-3fee-8e26-31fad9fe905f_1629204165.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1162