Bakıda qızıl alverçisinin başını kəsdilər


18:11     05 Yanvar 2016 aaa957.jpg

Bakıda dəhşətli qətl hadisəsi baş verib.


Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında baş verib.

Həmin mənzildə yaşayan Məryam Nametzadə mənzilində bıçaqla qətlə yetirilib. Qadının meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb. Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır.

Məlumata görə, meyit artıq məhkəmə ekspertizasına göndərilib. Hadisənin kim və kimlər tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı 120.1-ci ( Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məlumata görə, qətlə yetirilən qadın uzun müddət bahalı qızıl və zinyət əşyalarının satışı və kirayəsi ilə məşğul olub. -

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1093