Putin Makronla Qarabağ məsələsini müzakirə edib


22:58     19 Avqust 2021 2021/08/pm_1629399636.jpg

Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Femida.az TASS-a istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.

Həmçinin söhbət əsnasında Qarabağdakı vəziyyət də müzakirə edilib. Putin fransalı həmkarını üçtərəfli bəyanatın həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1030