Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb


09:21     20 Avqust 2021 21_08_20_1629436920.jpg

Daşkəsən rayonunda 1 yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Femida.az ın məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 788