Prezidentin köməkçisi: "Azərbaycanda yayılan ştamın 94 faiz Delta ştamıdır"


12:14     20 Avqust 2021 21_08_20_1629445879.jpg

“Virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır. Biz hazırda bilirik ki, respublikamızda yayılan ştam Delta ştamıdır”.

Femida.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, delta ştamı ölkədə yoluxanların sayının artımına səbəb olur.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə əlavə edib ki, Delta ştammı ilə bağlı aparılan son tədqiqatlar Azərbaycanda yayılan ştamın 94 faiz Delta ştamı olduğunu göstərir:

“Bunun da digər ştamlardan fərqi digərləri ilə müqayisədə daha yoluxdurucu olmasıdır”.

Açar sözlər:

Oxunub: 564