Türkiyədə “Delta” ştamı ilə yoluxmalar 90%-i ötüb


20:58     20 Avqust 2021 2021/08/fkoca_1629475195.jpg

“Hazırda Türkiyədə koronavirusun “Delta” ştamı ilə yoluxma halları 90%-i ötüb”.

Femida.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkənin Nazirlər Kabinetinin avqustun 19-da keçirilən iclası zamanı deyib.

O, həmçinin ölkədə koronavirusun “Delta plus” ştamının da getdikcə artdığını vurğulayıb.

Nazir ölkədə yoluxma hallarının artma səbəbini də izah edib. Belə ki, F.Kocanın sözlərinə görə, əhali arasında hərəkətlilik çox artıb və vətəndaşlar koronavirusla mübarizə ilə bağlı görülən tədbirlərə əməl etməməyə başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1112