Pakistanda Çin vətəndaşının olduğu avtomobil partladılıb, ölənlər var


10:47     21 Avqust 2021 21_08_21_1629526131.jpg

Pakistanın Bəlucistan əyalətinin Qvadar şəhərində Çin vətəndaşını aparan nəqliyyat vasitəsində törədilən partlayış nəticəsində iki nəfər həlak olub.

Femida.az -ın məlumatına görə, bu barədə yerli hökumətə istinadən “Reuters” agentliyi xəbər verib.

Yerli hakimiyyətin nümayəndəsinin sözlərinə görə, partlayış nəticəsində həlak olanlar uşaqlardır. O, qeyd edib ki, hadisə zamanı daha üç nəfər yaralanıb.

Agentlik bildirib ki, partlayışı terrorçu kamikadze törədib.

Qvadar Belucistanın cənub-qərbindədir. Burada separatçılar fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 558