Gəncə sakini döyülməsi nəticəsində ağır xəsarətlər alıb


11:29     21 Avqust 2021 21_08_21_1629527368.jpg

Gəncə şəhər sakininə ağır xəsarətlər yetirilib.

Femida.az -ın verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü C.Bayramov şəhər ərazisində mübahisə zəminində döyülərək ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1038