Bayden yenə çaşdı


18:26     21 Avqust 2021 2021/08/2BB8348F-CC46-4602-BAD7-586096F7C051_1629556861.png

ABŞ prezidenti Co Bayden Əfqanıstandakı vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bir neçə səhvə yol verib.

Femida.az xəbər verir ki, onun çıxışının stenoqramı Ağ Evin saytında yerləşdirilib.

Vaşinqtonun Kabil hava limanındakı təhlükəsizliyin təmin edilməsində iştirakı ilə bağlı sualı cavablandıran Amerika lideri, səlahiyyətlilərin Əfqanıstan paytaxtı və "Daxo"da Taliban rəhbərliyi ilə daim təmasda olduqlarını söyləyib. Ağ Evin paylaşımında prezidentin Dohanı nəzərdə tutduğu açıqlanıb.

Bundan əlavə, Bayden jurnalistiin verdiyi suallardan birini də unudub. Qeyd edək ki, Ağ Ev rəhbəri dəfələrlə ölkələrin və prezidentlərin adlarında səhvlərə yol verib. Məsələn, Bayden çıxışlarının birində Liviya ilə Suriyanı, digərində İraq və İranı, həmçinin, Barak Obama və Donald Trampı qarışdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 530