Xocavənddə erməni hərbçilərin cəsədləri aşkarlanıb


20:41     21 Avqust 2021 2021/08/fvdvf-1629560767_1629564208.jpg

Azərbaycanın Xocavənd rayonu ərazisində daha iki erməni hərbçisinin cəsədi tapılıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları "Kamar" adlanan yerdə aşkarlanaraq Fövqəladə Hallar Xidmərinin əməkdaşları tərəfindən evakuasiya edilib.

"Cəsəd qalıqlarının hansı hərbçiyə aid olmasını müəyyən etmək üçün məhkəmə ekspertizası aparılacaq",-xəbərdə deyilir.

Qeyd edək ki, İkinci Qarbağ müharibəsi bitdikdən sonra Azərbaycan ərazilərindən aparılan axtarış tədbirləri nəticəsində 1647 erməni hərbçisinin cəsədi və ya cəsəd qalıqları tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1753