Qaçqınların binası yanır - Təcili xəbər


19:59     05 Yanvar 2016 1248475o.jpg



Bakıda binada yanğın olub.

Femida.az xəbər verir ki, yanğın Nizami rayonunun İsmayıl Məmmədov küçəsində yerləşən binada başlayıb. Bina sakinləri eyvanlara çıxaraq pilləkənlərlə düşməyə çalışır.


Hadisə yerinə Fövqəladə Hallar Naziriliyinin yanğınsöndürənləri gəlib. Hazırda binadakı yanğının söndürülməsi istiqamətində iş görülür.

***
Yanğın artıq söndürülüb. Hadisə zamanı xəsarət alan yoxdur.

Qeyd edək ki, binada Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

Açar sözlər:

Oxunub: 1364