ABŞ Kabildən 17 min insanı təxliyə edib


22:32     21 Avqust 2021 2021/08/lıı-1629559959_1629564849.jpg

ABŞ Əfqanıstanın paytaxtı Kabildən bu günə kimi təxliyə edilmiş adamların sayını açıqlayıb.

Femida.azxəbər verir ki, Pentaqon sözçüsü general -mayor Hank Taylor bu gün keçirdiyi brifinqdə bildirib ki, ölkəsi 14 avqustdan bəri Kabil Beynəlxalq Hava Limanından təxminən 17 min insanı təxliyə edib.

Xatırladaq ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.

Femida.az

Açar sözlər:

Oxunub: 519