İran saytında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəxs üzr istəyib


09:26     22 Avqust 2021 21_08_21_1629574039.jpg

İranın “Jooiakar.com” saytında Qarabağa göndəriləcək işçilərin işə götürülməsi ilə bağlı elan yerləşdirilib.

Elanın mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və işğaldan azad edilmiş Qarabağ regionu Ermənistan ərazisi kimi göstərilib.

“Ermənistanın Qarabağ regionunda işləmək üçün ixtisaslı və qeyri-ixtisaslı ustalara ehtiyac var. İşçilərin saxlanması üçün bütün xərcləri şirkət öz üzərinə götürür”, - elanın mətnində deyilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi “Report”un sorğusu əsasında saytda elan yerləşdirən şəxslə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, elanı yerləşdirən şəxs Qarabağın Azərbaycana aid olduğunu bilməməsinə işarə edib və səhvinə görə Azərbaycan müsəlmanlarından üzr istəyib.

Saytın rəsmisi reklamı tezliklə “Jooiakar” saytından və bütün sosial şəbəkələrdən siləcəyinə də söz verib.

Açar sözlər:

Oxunub: 1292