Ağdaşda iki avtomobil toqquşub, sərnişinin ayağı sınıb


09:59     22 Avqust 2021 21_08_22_1629607043.jpg

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Qəza nəticəsində sərnişin, 1977-ci il təvəllüdlü Kərimov Elnur Səfər oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 1248