ABŞ-da daşqınlar nəticəsində 10 nəfər ölüb, 31 nəfər itkin düşüb


10:28     22 Avqust 2021 21_08_22_1629608226.jpg

ABŞ-ın Tennesi ştatında aramsız yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 10 nəfər həlak olub, daha 31 nəfər itkin düşüb.

Femida.az xəbər verir ki, bu barədə Hamfris dairəsinin polis şerifi Kris Devis “CNN”ə açqılamasında deyib.

Onun sözlərinə görə, hazırda axtarışlar davam edir və qohumlarını, yaxınlarını itirən şəxslərə bağlı xüsusi mərkəz yaradılıb.

Ştatın Fövqəladə Hallar İdarəsi daşqın səbəbiylə üçüncü təhlükə səviyyəsini elan edib.

Açar sözlər:

Oxunub: 1207