Binəqədidə 4 yaşlı uşağı avtomobil vurub


10:30     22 Avqust 2021

Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib.

Femida.az -IN məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Məmmədova Əsnad Nicat qızı yaşadığı evin yanında oynayarkən ehtiyatsızlıqdan onu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1130