Azərbaycan və İranın HDQ nümayəndə heyətləri görüşüb
11:55 22 Avqust 2021
İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının komandanı kontr-admiral Əbdülvahab Tahiri ilə Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.
Birinci dərəcəli kapitan H.Xəlilov "Dəniz Kuboku" müsabiqəsinin bu il İran İslam Respublikasında təşkil olunmasına görə iranlı həmkarına təşəkkürünü bildirib. Yarışın iştirakçı ölkələr arasında dostluq münasibətlərinin daha da artırılması məqsədi ilə keçirildiyi vurğulayıb.
Oxunub: 1271
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)