Kabil hava limanı 2 gün bağlı qalacaq


12:24     22 Avqust 2021 21_08_22_1629619548.jpg

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanı öz fəaliyyətini 48 saatlıq dayandırır.

Bu barədə Femida.az Rusiya mətbuatına istinadən xəbər verir.

Minlərlə insan Əfqanıstanı tərk etmək üçün hava limanının yaxınlığında toplansa da, yaxın 48 saat ərzində ölkəni tərk etmək mümkün olmayacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Əfqanıstandan təxliyə edilən on minlərlə insanın daşınması ilə əlaqədar Amerikanın böyük aviaşirkətlərinin cəlb edilməsi ilə bağlı qərar qəbul edib. Eyni zamanda, Ağ Ev Mülki Ehtiyat Hərbi Hava Qüvvələri (CRAF) proqramına başlamağı nəzərdən keçirir. Belə ki, təxliyə üçün təxminən 20 mülki təyyarədən istifadə ediləcək. Bu təyyarələr birbaşa Kabildən uçuşlar həyata keçirməyəcək. Hava laynerləri ABŞ-ın Qətər, Bəhreyn və Almaniyadakı hərbi bazalarında qalan əfqanları və digər insanları daşıyacaq.

Açar sözlər:

Oxunub: 1215