Ağsuda dağlıq ərazidə 10 hektar sahə yanır


19:11     22 Avqust 2021 2021/08/3111758_1629645184.jpg

Ağsu rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 10 ha sahədə kol-kos yanır. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 601