Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar


14:46     23 Avqust 2021 21_08_23_1629715699.jpg


Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rahid Əsgərov vəzifəsindən azad olunaraq Lerik Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə polis mayoru İltifat Yusifov təyinat alıb.

Açar sözlər:

Oxunub: 1525