Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb


19:28     23 Avqust 2021 2021/08/652B1479-2D0C-4560-8B61-CEB6E7B63B81_1629733609.png

Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib.

Femida.az -ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət avqustun 1-də başa çatmışdı.

Femida.az

Açar sözlər: #Tibb    

Oxunub: 489