Dünyada koronavirusa yoluxanların sayı 213 milyonu keçib


09:06     24 Avqust 2021 21_08_24_1629783086.jpg

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.

Femida.az “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada COVID-19-a 213 076 150 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 450 748 nəfərə çatıb. Virusa yoluxan 190 682 821 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Açar sözlər:

Oxunub: 969