Alim Qasımovun kürəkəni həbs edilib
16:57 24 Avqust 2021
Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.
Femida.az -ın əldə etdiyi məlumata görə, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.
Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.
Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.
Növbəti iclas sentyabrın 30-a təyin olunub.
Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.
Femida.az
Oxunub: 1188
Oxşar xəbərlər
- Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər
- Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar
- Aliment borcuna görə axtarışa verilən şəxslərin sayı açıqlanıb
- Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar
- Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar
- Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər
- Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarlayıblar
- Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər
- Alim Qasımovun evindən oğurluq edən kürəkəni pul və qızılları İsmayıllıda gizlədibmiş
- Alimpaşa Məmmədovun həbs müddəti uzadılıb