Ermənilər Kəlbəcəri atəşə tutub


18:29     24 Avqust 2021 2021/08/610aa-1629810840_1629815531.jpg

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.


Femida.az

Açar sözlər:

Oxunub: 3466